Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın iki oğlunu həyatı bahasına xilas etdi

Qadın iki oğlunu həyatı bahasına xilas etdi

Tarix: 19 Noyabr 2022 17:56

Hindistanın Cammu və Kaşmir əyalətinin Bhaderva yaxınlığındakı Butla kəndinin sakini iki oğlunu həyatı bahasına torpaq sürüşməsindən xilas edib.

Milli.Az bildirir ki, bu barədə "Kashmir Life" məlumat yayıb.

38 yaşlı Kirna Devinin iki azyaşlı oğlu Mişlem Sinqh və Nikson Jaryal ilə birlikdə yaşadığı palçıq evə səhər tezdən güclü yağışlara görə torpaq sürüşüb. "Üstümüzdəki dam qəfil çökməyə başlayanda anam məni və kiçik qardaşımı evdən itələdi. Bizi itələməyi bacardı, lakin özünün qaçmağa vaxtı olmadı və dağıntılar altında qaldı", - Sinqh deyib.

Ailənin köməyinə qonşular və polis gəlib. Onlar iki saata qadını və uşaqları dağıntılar altından çıxarıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Devi dünyasını dəyişib. Uşaqlar yüngül xəsarətlərlə xilas olublar.

Yerli hakimiyyət ailəyə təzminat olaraq 25 min rupi (300 dollar) ödəyib. Hərbçilər ailə üçün müvəqqəti çadır qurub, xeyriyyə təşkilatı isə uşaqlara ədyal, yemək və qab-qacaq verib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qadın iki oğlunu həyatı bahasına xilas etdi


RƏYLƏR