Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli İnsanovdan İlham Əliyevə məktub: Bunu borc bilirəm!

Əli İnsanovdan İlham Əliyevə məktub: Bunu borc bilirəm!

Tarix: 19 Noyabr 2022 19:21

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə təbrik məktubu yazıb.

Sonxeber.net məktubun mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına!

Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm.

Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının lideri, mərhum prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.

Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu yubiley bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm.

Cənab Prezident!

Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz lideri Heydər Əliyevin ruhunu şad etdi.

Cənab Prezident!

Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram".


Etiketlər:  Əli İnsanovdan İlham Əliyevə məktub Bunu borc bilirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ