Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 22:28
ABŞ-ın Nyu-York ştatında qar fırtınası baş verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, fırtına nəticəsində iki nəfər ölüb.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, çovğunun bazar gününə qədər davam edəcəyi gözlənilir.
Belə ki, cümə axşamından bəri təsirli olan qar fırtınası həyata mənfi təsir edib.
Başda Nyu-York şossesi olmaqla bir çox yol fırtına səbəbiylə qarla örtüldüyü üçün nəqliyyatda problemlər yaşanıb.