Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 10:50
"Borc verdiyim adam çox olub. Qaytarmayıblar. Şou aləmindən də, tanışlardan da olub. Borc az məbləğ verirəm, 2000-3000 arası. Həmin adamı görəndə isə gizlənmişəm ki, birdən utanar. Olsa, gətirib verəcək".
Sonxeber.net Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, bir müddət əvvəl həmkarından borc aldığını da etiraf edib:
"Sənət adamlarından borc da almışam, amma qaytarmışam. 3 min borc almışam, çox almıram. Qaytara bilim deyə, az alıram".