Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanda uşaq 9 gün meşədə tək qaldı

Bolqarıstanda uşaq 9 gün meşədə tək qaldı

Tarix: 20 Noyabr 2022 14:56

Doqquz gün əvvəl Sofiya yaxınlığındakı Pernik şəhəri ətrafındakı meşəlik ərazidə yoxa çıxan 12 yaşlı uşağın axtarışı şənbə günü uğurla başa çatıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, polisin məlumatına görə, dağ-xilasetmə xidmətinin xilasediciləri evdən 7 km aralıda, tərk edilmiş ərazilərdən birində autizmli uşağı tapmağa nail olublar.

Ölkənin səhiyyə naziri Asen Mecidiyev bildirib ki, susuzluq əlamətləri olan Aleksandr hazırda xəstəxanadadır, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur.

Bütün bu günlər ərzində azyaşlının axtarışında yüzlərlə polis əməkdaşı, xilasedicilər və könüllülər iştirak ediblər. Sərhəd polisinin helikopteri, termal kameraları və dronlarından istifadə edilib.

Mütəxəssislər qeyd edirlər ki, nisbətən əlverişli hava şəraiti uşağın sağ qalmasına kömək edib. Belə ki, axtarış əməliyyatı aparılan ərazidə havanın temperaturu gündüzlər 12-14, gecələr təxminən 4-5 dərəcə olub.


Etiketlər:  Bolqarıstanda uşaq gün meşədə tək qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ