Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2022 17:06
Türkiyənin "Baykar" müdafiə sənayesi şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi avtomatlaşdırma və uçuş testini uğurla başa vurub.
Bu barədə Sonxeber.net-a "Baykar" şirkətinin mətbuatla əlaqələr şöbəsinin müdiri İlker Akgüngör məlumat verib.
Qeyd olunub ki, Türkiyənin milli, orijinal və ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.
"Kızılelma"nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.
Radardan yayına bilmək üçün vacib olan şeylər içəridə yerləşdirilir. Radardan yayınmağa ehtiyac olmadıqda lazımi yüklər qanadın altında yerləşdirlə bilər.