Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada “Turan” türk taboru yaradılıb

Ukraynada “Turan” türk taboru yaradılıb

Tarix: 21 Noyabr 2022 08:02

Noyabrın 20-də Ukraynada "Turan" adlı türk taboru yaradılıb.

Milli.Az "report"a istinadən bildirir ki, yeni qurulmuş taborun videomüraciəti BASE teleqram kanalında dərc olunub.

Videogörüntüdə üzərində Azərbaycan bayrağı olan hərbçi də əks olunub.

Müraciətdə türk xalqlarını salamlayan hərbi birləşmənin komandiri Almaz Kudabek oğlu Rusiya Prezidenti Vladimir Putinin "xüsusi əməliyyat" adı altında "türkdilli xalqlara qarşı soyqırımı törətdiyini" vurğulayıb:

"İslamın arxasında gizlənərək Ramzan Kadırov cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!".

Bildirilib ki, Almaz Kudabek oğlu Qırğız Respublikasının vətəndaşıdır. O, fevralın 24-dən Ukraynada Rusiyaya qarşı savaşır.

Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralardadırlar.

Milli.Az


Etiketlər:  Ukraynada Turan türk taboru yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ