Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 16:00
Bir neçə gündür ki, Bərdədə yerkökü yığımına başlanıb. Bu il məhsul boldur, amma qiymət isə bahadır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yerkökü sahələri ilə də məşhur olan Bərdədə təsərrüfat sahibləri bu il məhsulun bol olduğunu deyirlər.
Rayonun Soğanvərdilər kəndində yetişdirilən məhsul ölkənin bütün regionlarında, o cümlədən paytaxt Bakıda satışa çıxarılır.
Yerkökü istehsalçıları bir neçə ildir ki, müasir becərmə texnologiyalarını tətbiq edirlər. Təsərrüfat sahibləri damcı suvarma üsulundan və daha məhsuldar toxumlardan istifadə etməklə məhsuldarlığı yüksəldirlər.
Məhsul daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstaa da ixrac olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: