Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yazıya bir xanım şərh bildirmişdi, ona əsəbləşib cavab verdim ki...''

''Yazıya bir xanım şərh bildirmişdi, ona əsəbləşib cavab verdim ki...''

Tarix: 21 Noyabr 2022 20:35

"Bütün uşaqlıq şəkillərim internetdə var. Tapmaq çətin deyil, axtarışa verib körpəlik fotolarımı görə bilərsiniz. Övladlarım da mənə bənzəyib, hamısında standartdır, dördü də fındıq burundur".

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova olay-a açıqlamasında deyib.  Sənətçi burnunun estetikli olduğunu iddia edənlərə cavab verib:

"Sizin estetiksiz məşhurlarla bağlı yazınıza bir xanım şərh bildirmişdi, ona əsəbiləşib cavab verdim ki, öz burnumu əməliyyat etdirmişəm deyək, uşaqlarda da estetikdir? Mən əməliyyat etdirənlərə, estetik prosedurlara üz tutanlara pis baxmıram. İnsan müəyyən bir yaşdan sonra özündə nəyisə kompleks edib, onu aradan qaldırmaq istəyirsə, niyə də yox? Kimisə nəyəsə görə, qınamaram. İstəyirəm, hamı bilsin ki, bu mənim öz burnumdur, bilib-bilmədən danışmayın".

Xəlilova, həmçinin Əməkdar artist Lalə Məmmədova və stilist Elnur Həsənovla qalmaqalından da bəhs edib:

"O orada oldu, orada da bitdi. Hazırda nəsə danışmaq istəmirəm. Münasibətlərimiz normaldır. Adı çəkilən şəxslərlə tədbirlərdə görüşürəm, çəkilişlərdə salamlaşıram. Sadəcə düşünürəm ki, insanın səbrini sınamaq lazım deyil. Hər bir insanın səbrinin həddi var. Bir-iki, üç dəfə keçirsən. Sonra zəncirdən qopursan ,çeynəməyə başlayırsan. Heç bir insanı o həddə çatdırmaq lazım deyil. Şükür ki, düşmən deyilik. Mənim bir düşmənim var, o da bədxah qonşularımız".

Məşhur sənətçi son olaraq xalası qızı, müğənni Mina Hüseynin qalmaqallı boşanması ilə bağlı sualı cavablandırıb:

"Mina mənim ailəm sayılır, xalam qızıdır. Əlbəttə bütün olanlardan xəbərim var. Amma bir şərh verməyəcəm. Hesab edirəm ki, başqasının ailəsinin işinə qarışmaq düzgün deyil.  Bilin ki, xəbərim var, bundan sonra da nə olursa, olsun, qəbulumdur. Hər bir halda mən ona dəstəyəm".


Etiketlər:  Yazıya xanım şərh bildirmişdi əsəbləşib cavab verdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ