Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 23:24
"Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Bu dünya çempionatı digərlərindən fərqlidir. Qətər-2022 mənim oynadığım son dünya çempionatı olacaq".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ulduz futbolçu Lionel Messi Media Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Messinin sözlərinə görə, dünya çempionatı arzusunu həyata keçirmək üçün bu, onun son şansıdır:
"Buna nail olmağa çalışacağam. Bu komanda mənə 2014-cü ildəki heyəti xatırladır. Meydanda nə etməli olduğumuzu çox yaxşı bilirdik. Bura bu forma ilə gəlmək əladır və bu, bizə inam verir".
Qeyd edək ki, o, sabah Argentina millisinin heyətində dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.