Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lipoma

Lipoma

Tarix: 22 Noyabr 2022 08:06

Lipoma piy toxumasının xoşxassəli şiş xəstəliyidir. Xəstəliyə istənilən yaş qrupunda olan adamlar yaxalana bilərlər. Lipoma xəstəliyinə qadınlar kişilərə nisbətən daha çox xəstələnir. Lipoma müxtəlifliyinə görə 3 qrupa bölünür:
1. Lipomatosis dolorosa-Derkum xəstəliyi.
2. Xoşxassəli lipomatoz- Madelunq xəstəliyi.
3. Ailəvi lipoma-Ailə üzvlərinin hamısında rast gəlinir.
Lipomanın əmələ gəlməsində zülal fermentlərinin metobolik pozulmaları mühüm rol oynayır.
Ailəvi lipoma isə genində autosom dominant hüceyrə çatışmazlığı olan adamlarda rast gəlinir. Bu zaman xəstəliyin əlamətləri özünü xəstə geni daşıyan ailənin cavan üzvlərində göstərir.
Piy toxumasının şişi bədənin bir və bir-neçə yerində əmələ gələ bilir. O dairəvi və ovalşəkilli, yumuşaq konsistensiyalı və dərinin altında hərəkətli olur. Bəzən simmetrik və iri lipomalara da rast gəlmək mümkün olur. Bu cür lipomaların konsistensiyası daha elastiki olur. Lipomaların ölçüləri müxtəlif olur. Ən xırda ölçülü lipomadan tutmuş, qiqant ölçüdə lipomalara rast gəlmək mümkündür.
Xəstəliyə diaqnoz qoymaq üçün dəri altında olan kütlə punksiya edilir və histoloji müayinə olunur. Mikroskopda şişin ən kiçik zərrəciklərinin də tərkibinin piy toxumasından ibarət olduğu görünür.
Xəstəliyin müalicəsi cərrahi yolladır. Müalicə qənaətbəxşdir.


Etiketlər:  Lipoma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ