Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milyonlarla ukraynalı evlərini tərk etməyə məcbur olacaq

Milyonlarla ukraynalı evlərini tərk etməyə məcbur olacaq

Tarix: 22 Noyabr 2022 08:26

Ukraynada soyuq havaların başlaması ilə əlaqədar 2-3 milyon nəfər insanın evlərini tərk etmək ehtimalı var.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Klyüqe keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın hər yerində yüz minlərlə binanın qaz təchizatı yoxdur. Bu səbəbdən ukraynalılar nəinki yemək hazırlaya bilmirlər, həm də istilikdən məhrumdurlar.

"Soyuq hava ölümə səbəb ola bilər. Ölkənin bəzi bölgələrində - havanın temperaturunun 20 dərəcəyə enəcəyi proqnozlaşdırılır. Ailələr isinməyə çalışır, bir çoxları odun yandırmaq və ya generator kimi alternativ isitmə üsullarına müraciət etməli olacaqlar. Biz gözləyirik ki, 2-3 milyon insan istilik və təhlükəsizlik axtarışı ilə evlərini tərk edəcək", - Klüqe deyib.

Milli.Az


Etiketlər:  Milyonlarla ukraynalı evlərini tərk etməyə məcbur olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ