Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Qala-Pirallahı yolunda baş verən qəzada 11 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Qala-Pirallahı yolunda baş verən qəzada 11 nəfər xəsarət alıb

Tarix: 7 Oktyabr 2019 09:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb:

"Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Qala Pirallahı yolunda baş verən qəzada nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ