Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 20:04
Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında yerləşən onbloklu binanın sakinləri mövsüm başlayandan istilik üzü görməyiblər. Onların sözlərinə görə, binada istiliklə bağlı problem 3 ildir ki, var. Aidiyyəti quruma müraciət etsələr də, vəziyyət dəyişmir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bina sakinləri deyirlər ki, hətta boruların dəyişdirilməsi və binanın çölündən yeni xətt çəkilməsi üçün aidiyyəti quruma xərcləri bölüşməyi də təklif ediblər. Ancaq problemə əncam çəkən olmayıb. Binanın zirzəmisi tez-tez su ilə dolduğundan bir yandan da ağcaqanadlar mənzillərdə məskən salıb. Keçən il istilik veriləndə partlayan borular da indi axıntı verir. Sakinlər deyirlər ki, istilik olmadığı halda evlərinə borc qəbzləri də göndərilir.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirildi ki, binanın zirzəmisi çirkab sularla dolduğundan və çəkilmədiyindən bina sakinləri istilik ala bilmirlər. Binadaxili və mənzildaxili istilik xətləri qurumun məsuliyyət zonasına daxil olmasa da, sosial məsuliyyət çərçivəsində 3 iş günü ərzində sakinlərin problemi həll ediləcək və bina istiliklə təmin olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: