Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 08:38
ABŞ-ın Filadelfiya ştatında təhsil müəssisəsi yaxınlığında baş verən atışma nəticəsində azı 4 məktəbli yaralanıb.
Bu barədə ölkənin CBS telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə məktəbdən bir məhəllə məsafədə baş verib, atışma yoldan keçən yolsuzluq avtomobilindən həyata keçirilib.
Polisin məlumatına görə, iki 15 yaşlı qız və iki 16 yaşlı oğlan yaralanıb.