Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"CinemaPlus"da "Bakının açarı” filminin qala gecəsi keçirilib - VİDEO - FOTO

Tarix: 25 Noyabr 2022 12:57

"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" premium kinoteatrında Azərbaycan Film Akademiyasının "Bakının açarı" detektiv filminin qala gecəsi keçirilib.

Kinoteatrdan Milli.Az-a verilən məlumata görə, filmin rejissoru Zaur Tahirsoy, baş rollarda isə Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli və Anar Əlidir.

Tədbirin təşkilində "Cinema Distributon" və "MADO" restoranı dəstək göstəriblər.

Xatırladaq ki, Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da, Bakının yeraltı şəhərinin yerini ancaq şəhərin qoruyucuları bilir. Qoruyuculardan sonuncusu isə günümüzdə tarix müəllimi işləyir. O, açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb onu rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

Qeyd edək ki, film noyabrın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır", - məlumatda qeyd edilib.

Milli.Az


Etiketlər:  CinemaPlusda Bakının açarı filminin qala gecəsi keçirilib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ