Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisi üçün vəsait ayrılacaq

İlham Əliyev: Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisi üçün vəsait ayrılacaq

Tarix: 25 Noyabr 2022 16:12

Gələn il İtaliya-Azərbaycan Universitetinin tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

ADA Universitetinin rektoru Hafiz Paşayevin və İtaliyanın beş universitetinin rektorlarının tikintisi artıq başlanmış İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsini həyata keçirdiklərini xatırladan dövlətimizin başçısı bildirib: "Növbəti ilin büdcəsində İtaliya-Azərbaycan Universitetinin yeni binasının maliyyələşdirilməsi üçün müəyyən vəsait ayrılıb. Həmin universitet bizim ikitərəfli əməkdaşlığımızın və təhsilimizin vacib tərkib hissəsi olacaq. Çünki İtaliyanın beş aparıcı universiteti bu ali təhsil müəssisəsinin həmtəsisçisi olur".


Etiketlər:  İlham Əliyev Gələn İtaliya Azərbaycan Universitetinin tikintisi üçün vəsait ayrılacaq


RƏYLƏR