Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq çəkisinə görə təyyarayə buraxılmadı

Artıq çəkisinə görə təyyarayə buraxılmadı

Tarix: 25 Noyabr 2022 17:25

Böyük ölçülü model Yuliana Nemenin başına iş gəlib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Livanda istirahət edən model Braziliyadakı evinə qayıda bilməyib. Buna səbəb təyyarə ilə onun uçuşuna icazə verilməməsi olub. Belə ki, Culianaya səbəb kimi onun artıq çəkisinin olması göstərilib. Qətər hava yollarından ona biznes klass bilet alacağı təqdirdə uça biləcəyi deyilib.

Bir neçə gündür evinə gedə bilməyən model bununla bağlı sosial meda hesabında paylaşım edib. Onun sözlərinə görə, Fransa hava yolları ilə Livana uçarkən heç bir problem yaşamayıb. O, vurğulayıb ki, onun uçuşuna icazə verməyən işçilər qiyməti 60 min rubldan çox olan biletinin pulunu belə qaytarmaqdan imtina ediblər.

Yuliana əlavə edib ki, hər şeyi kameraya çəkmək istəsə də, ona hədə-qorxu gəlinib və uçuşu gözləyən digər insanların qarşısında pis vəziyyətə qoyulub.


Etiketlər:  Artıq çəkisinə görə təyyarayə buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ