Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 18:22
Fransa millisinin DÇ-2022 çərçivəsində çıxdığı ilk oyunda - Avstraliya ilə matçda (4:1) zədələnən müdafiəçisi Lukas Hernandes əməliyyat olunub.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, 26 yaşlı futbolçu İnsbrukda dizindən əməliyyat edilib.
O, bərpa müddətini Münhendə keçirəcək. Lakin yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil.
Yeri gəlmişkən, "Bavariya" klubu Lukas Hernandesin müqaviləsinin müddətini uzatmağı planlaşdırır. "Bild"in yazdığına görə, tərəflər arasındakı ilkin danışıqlar müsbət yekunlaşıb. Münhen təmsilçisi DÇ-2022 başa çatdıqdan sonra 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Hernandesin "Bavariya" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.