Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2022 18:30
Tərtər rayonunda Kəlbəcərdən məcburi köçkün olan şagirdlərin təhsil aldıqları məktəbin binası qəzalə vəziyyətdədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət birmərtəbəli daxmanı xatırladan tikilidən, əslində isə Kəlbəcər rayon 127 saylı orta məktəbdən gedir.
Məktəbin damını külək aparmaması üçün üzərinə daşlar yığılıb. Tikilinin içi də acınacaqlı vəziyyətdədir- tavan uçub, oturacaq və lövhələr də köhnədir.
Tərtərin Həsənqaya kəndində yerləşən təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə fəaliyyət göstərir.
Qış aylarında vəziyyət daha da acınacaqlı olur.
Problemlə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən məktəb uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Binanın dam örtüyünün əsaslı təmirə ehtiyacı var. Artıq mövcud problemlə bağlı tikinti təchizat sektoruna məlumat verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: