Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

Tarix: 26 Noyabr 2022 08:36

Suriyanın Hasake əyalətinin cənubundakı Şəddadi bölgəsində yerləşən ABŞ-ın hərbi bazası raket atəşinə tutulub, xəsarət alan olmayıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ-ın Şəddadidəki patrul bazasına iki raket atılıb:

"Hücum nəticəsində xəsarət alan olmayıb, baza və ya koalisiya əmlakına heç bir ziyan dəyməyib. Raketlərin atıldığı yerə baxış keçirilib və üçüncü partlamamış raket aşkarlanıb" - məlumatda vurğulanıb.


Etiketlər:  Suriyada ABŞ hərbi bazası raket atəşinə tutulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ