Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeddi aylıq evini tərk edib və 63 kiloqram arıqlayıb

Yeddi aylıq evini tərk edib və 63 kiloqram arıqlayıb

Tarix: 26 Noyabr 2022 14:34

İrlandiyanın Kork şəhərinin 153 kiloqram çəkisi olan sakini 7 aya İspaniyanın Mayorka adasına yollanaraq evə 63 kiloqram arıqlayaraq qayıdıb və yaxınlarını çox təəccübləndirib.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

34 yaşlı Brayan O'Kif, ailəsi və dostlarının əksəriyyəti ilə əlaqəni kəsib və altı aydan bir qədər çox müddətə Mayorkaya köçüb və burada gizli şəkildə arıqlamaq üçün çox çalışıb. Bundan əvvəl Brayan dəfələrlə artıq çəkidən xilas olmağa çalışsa da, nəticəsi olmayıb. O qərara gəlib ki, yeni bir üsul sınamağın vaxtı gəlib.

Altı ay ərzində o, gündəlik kalori qəbulunu 2,2 min kalori ilə məhdudlaşdırıb və yeddinci aya qədər onu gündə 1750 kaloriyə endirib. Brayan hər gün beş saat idmanla məşğul olub. "Yeddi ay ərzində heç istirahət etmədim. Zədələrimin sayını itirdim, amma təslim olmadım və ağrıya qalib gələrək məşqə davam etdim", - o deyib. İrlandiyalı hər gün əvvəlki günün göstəricisini bir qədər yaxşılaşdırmağa çalışıb.

O'Kif gündə 90 dəqiqə yumşaq idman və gəzinti ilə başlayıb. Tezliklə o, gündəlik beş saatlıq yorucu məşq rejiminə keçib. Brayan həftədə altı gün sərbəst çəkilərlə, həftədə üç dəfə - üzgüçülük və qaçışla məşq edib. Mayorkaya köçdükdən 9 həftə sonra O'Kif ilk dəfə 34 dəqiqəyə beş kilometr qaça bilib.

"Yeddi ay tam əzab idi. İlk üç ay yemək, yatmaq və idman etməkdən başqa heç nə edə bilmədim. Qalan vaxtlarda divanda uzanıb ancaq arabir axsayib tualetə gedirdim. Dördüncü aydan sonra bədənim davamlı məşqlərə öyrəşdi və bu o qədər də pis deyildi", - irlandiyalı deyib.

O'Kif arıqlamaq məqsədindən yalnız bir dostuna danışıb. Brayan həftədə iki dəfə evə zəng edərək Alzheimer xəstəliyindən əziyyət çəkən atası ilə danışıb. Atası ilə ünsiyyət qurmaq üçün Brayan anasının evdə olmadığını bildiyi vaxt seçib. Arıqlamış irlandiyalı evə qayıdanda yaxınları onu tanımayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yeddi aylıq evini tərk edib 63 kiloqram arıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ