Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 14:52
Qərb və Kiyevin Rusiyanı günahlandırmaq üçün Ukraynada nüvə silahından istifadə ilə təxribat törətmək ehtimalı yüksəkdir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu "Rosenerqoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaa deyib.
"Müşahidə etdiyimiz tendensiyalara əsasən, mən bu ehtimalı kifayət qədər yüksək qiymətləndirərdim.
Qərb və Kiyev rejimi bu eksperimenti həyata keçirə, nəinki vəziyyəti gərginləşdirmək naminə, həm də bunun min kilometr uzaqlıqda hansı nəticələrə gətirib çıxara biləcəyi ilə maraqlanmadığı üçün belə bir addım ata bilərlər", - Karçaa qeyd edib.