Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib

Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib

Tarix: 26 Noyabr 2022 18:56

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi "Lada" markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Milli.Az


Etiketlər:  Göyçayda yol qəzasına düşən baş redaktor vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ