Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 19:06
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.
Sonxeber.net gununsesi.info-ya istinadən xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.
Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.
İddiaya görə, həmin qızılların 1 kiloqramı üçün sahibkardan 3000 manat rüşvət alınıb.
"Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi" deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.