Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2022 23:50
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.
Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilini idarə edib.
K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.
Nəticədə o, hadisə yerində ölüb.
Kəndin qaz təchizatı dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.