Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

Tarix: 27 Noyabr 2022 14:06

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. 

Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ