Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Ukraynaya hərbi dəstək üçün ÜDM-in 1%-ni ayırıb

Bu ölkə Ukraynaya hərbi dəstək üçün ÜDM-in 1%-ni ayırıb

Tarix: 27 Noyabr 2022 20:12

Estoniya ümumi daxili məhsulunun təxminən 1%-ni Ukraynaya dəstək üçün ayırıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkur bəyan edib.

Onun sözlərinə görə, kifayət qədər kiçik NATO ölkəsi olan Estoniya gələn il ümumi daxili məhsulunun 2,84%-ni müdafiəyə sərf etmək niyyətindədir.

Nazir bildirib ki, 2024-cü ildə bu məbləğ 3,2%-ə qədər yüksələcək: "Ölkənin ÜDM-nin təxminən 1%-i Ukraynaya hərbi dəstəyə xərclənib. Eyni zamanda Kiyevin xüsusilə hava hücumundan müdafiə sistemlərinə, eləcə də ağır artilleriya və sursata ehtiyacı var. Hamımız daha çox iş görməliyik".


Etiketlər:  ölkə Ukraynaya hərbi dəstək üçün ÜDM ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ