Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 10:34
Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum cəhdləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə onun qərbli həmkarları arasında münasibətləri poza bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ekonomist" jurnalı məlumat yayıb.
Nəşr vurğulayır ki, Ukrayna bu təhlükəyə baxmayaraq, hazırda Krımda hücum əməliyyatını istisna etmir:
"Kiyevə Krımı və Donbası geri qaytarmaq asan olmayacaq. Qərb Ukrayna Silahlı Qüvvələrinin Krıma hücum edəcəyi təqdirdə münaqişənin genişlənməsindən və buna cavab olaraq Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən ehtiyatlanır".