Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 12:34
Rusiya başa düşür ki, Ukrayna əsgərləri Dneprdən keçib Xerson vilayətinin şərq hissəsində əks-hücum əməliyyatına başlaya, Krıma qədər bütün kritik quru kommunikasiyalarını təhdid edə bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, ruslar müdafiə mövqeləri qurublar:
"Bu, Dnepr çayının sol sahilində müdafiəyə hazırlığın gücləndirilməsindən xəbər verir. Rusiya qoşunları ya ciddi müdafiəyə, ya da strateji əməliyyata hazırlaşır. Onlar açıq şəkildə Ukrayna qoşunlarının çaydan keçməsinin qarşısını ala bilməyəcəklərini anlayır, keçidi dayandırmaq üçün müdafiə mövqelərinə üstünlük vermirlər".
Qeyd olunur ki, Rusiyanın müdafiə mövqeləri Kremlin Ukraynanın Dneprdən keçən əks-hücum əməliyyatı perspektivinə ciddi təhlükə kimi baxdığını deməyə əsas verir:.
"Çox güman ki, işğalçılar Ukrayna ordusunun Kinburnu işğal edəcəyini gözləyirlər. Lakin onlar Ukraynanın Xerson bölgəsinə doğru irəliləməsinin qarşısını almaq və amfibiya hücumundan qorunmaq niyyətindədirlər. Rusiya ordusunun müdafiə mövqeləri təchizat xətləri boyunca irəliləməyə çalışan Ukrayna qüvvələrinə qarşı qorunmaq üçün optimallaşdırılıb. Bu mövqelərin əksəriyyətində sahələrin ortasında yaradılan açıq cinahlar var. Həmin mövqelərin çoxu bir-birindən taktiki dəstək məsafəsində deyil. İşğalçılar daha çox qüvvə yerləşdirmək üçün Ukraynanın Dnepr çayının şərq sahilinə hücumunu dayandırmaq əvəzinə, gecikdirməyə çalışacaqlar".