Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 15:25
Ötən gün Maslakda səhnə alan türkiyəli müğənni Bülənt Ərsoyun geyimi ilə bağlı iddialar ortaya atılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçının səhnədə geyindiyi libasın 24 saat içində 5 kişidən ibarət komanda tərəfindən hazırlandığı bildirilib. Nəticədə dərzilərdən birinin yorğunluqdan halı pisləşib və o, xəstəxanaya yerləşdirilməli olub.
Ərsoyun bu səbəbdən işçilərə 2 min dollar bəxşiş də verdiyi deyilib.
Qeyd edək ki, ifaçı bundan əvvəl mavi libası ilə səhnədə çətin anlar yaşamışdı.