Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antalyada atışma olub, ölən və yaralananlar var

Antalyada atışma olub, ölən və yaralananlar var

Tarix: 29 Noyabr 2022 08:48

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.

Milli.Az "Report"a istinadən bildirir ki, polisin "dayan" əmrinə tabe olmayan naməlum şəxslər avtomobildən atış açaraq 2 polisi ayağından yaralayıb.

Məlumata görə, baş verən atışmada bir şübhəli hadisə yerində ölüb, 3-ü isə yaxalanıb.

Bildirilib ki, yaralanan polislər xəstəxanaya qaldırılıb. Onların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Antalyada atışma olub ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ