Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Artıq muğam oxumaq ürəyimdən keçmir”

“Artıq muğam oxumaq ürəyimdən keçmir”

Tarix: 29 Noyabr 2022 20:55

Müğənni Xatirə İslam bundan sonra muğam oxumayacağını bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda uzun zaman sonra qonaq olduğu "7 canlı" verilişində deyib.

"Bütün repertuarımı və tərzimi dəyişmişəm. Musiqiçilərə də dünən söylədim ki, canlı oxumaq istəmirəm. Müəllimim İslam Rzayev dünyasını dəyişdikdən sonra fikirləşdim ki, muğam oxumaq istəmirəm. İslam müəllimdən sonra bir çox sənətkarlar deyirdilər ki, muğamla davam et, səndə bu potensial, imkan var. Toylarda, el şənliklərində əl çəkmirlər ki, muğam oxuyum. Deyirdim, yaxşı. Amma artıq repertuarımda muğam ifa etmək ürəyimdən keçmir", - deyə, Xatirə bildirib.

Milli.Az


Etiketlər:  Artıq muğam oxumaq ürəyimdən keçmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ