Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu yeni klubu ilə anlaşır - 200 milyon avro maaş

Ronaldu yeni klubu ilə anlaşır - 200 milyon avro maaş

Tarix: 30 Noyabr 2022 17:08

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə müqavilə imzalamağa yaxındır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında sövdələşmə yekunlaşmaq üzrədir. 38 yaşlı forvardın illik 200 milyon avro maaş olmaqla 2,5 mövsümlük müqavilə imzalaması gözlənilir. Sözləşməni tamamlamaq üçün heç bir hüquqi maneə yoxdur. Həm Avropa, həm də MLS klublarından heç biri "Əl-Nasr"ın irəli sürdüyü şərtlərə bənzər təklif etməyib.

Qeyd edək ki, hazırda Portuqaliya millisinin heyətində dünya çempionatında iştirak edən Kriştianu Ronaldu bu günlərdə "Mançester Yunayted"dən ayrılıb.

Milli.Az


Etiketlər:  Ronaldu yeni klubu ilə anlaşır 200 milyon avro maaş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ