Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 21:48
Rejissor Tim Bertonun çəkdiyi "Betmen" filmlərində superqəhrəmanın istifadə etdiyi avtomobil satışa çıxarılıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, 1992-ci ildə ekran işi üçün istifadə olunan "Betmobil"in satış qiyməti isə 1,5 milyon dollardır.
"Chevrolet" brendinin modellərindən birinin əsasında hazırlanan maşın aşağı güclü elektrik mühərriki ilə təchiz olunub və o, saatda 50 kilometr sürətə malikdir.
Üç nəfərlik olan avtomobildə kaskadyor üçün xüsusi gizli oturacaq da var.