Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sızanaqlardan 10 gün ərzində təbii yollarla xilas olmaq istəyirsinizmi?

Sızanaqlardan 10 gün ərzində təbii yollarla xilas olmaq istəyirsinizmi?

Tarix: 1 Dekabr 2022 07:24

Gün ərzində bir çox toz və müxtəlif bakteriyalar dəiyə yapışır və dəri təmizlənmədikdə tüklərin dib hissəsində iltihabi proseslərin əmələ gəlməsinə səbəb olur. Bəzən isə bakteriyalar yağ hüceyrələri ilə birləşib dəridə qara nöqtələrin əmələ gəlməsinə səbəb olurlar. Sızanaqların əmələ gəlməsinə hormonal pozğunluqlar, stress, yağlı və qeyri normal qidalanma da səbəb ola bilir.
Bəs sızanaqlardan təbii yollarla necə xilas olmaq olar sualını, 5 möcüzəli formul sizlərə cavablandıracaq.
1. Pomidor suyu və bal.
Hər ikisinin tərkibində olan likopen və antioksidant maddələr dəridə olan bakteriyaların düşmənidir. Bu möcüzəli təbiət nemətlərinin tərkibində saf meyvə turşusu olduğuna görə onların qarışımından istifadə etdikdə sızanaqların əmələ gəlməsinin qarşısını alınır və dəridə olan sızanaqlar sağalır.
*Bunun üçün bir pomidor rəndələnir və üzərinə 1 çay qaşığı təmiz bal əlavə edilir. Bu qarışım hər gün üzün dərisinə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Qarışım 2 gündən bir təzə hazırlanmalıdır.
2. Limon və yumurta ağı.
C vitamini ilə zəngin olan limon dərinin yağ mübadiləsini normallaşdırmaq qabiliyyətinə malikdir. Limon suyu ilə yumurta ağını qarışdırıb üzə sürtdükdə isə dəri həm sızanaqlarda xilas olur, həm də onların əmələ gəlməsinin qarşısını alınır.
*Bunun üçün bir limonun suyuna bir yumurtanın ağı qarışdırılır və dəriyə sürtülür. Bir müddət sonra dəridə gərginləşmə hiss olunacaq. Maska dəridə tam quruduqdan 10 dəqidə sonra çənədən alına doğru soyularaq çıxardılır.
3. Xiyar və süd.
Xiyar və süddən hazırlanan qatışımdan, dəri təmizləyici tonik kimi istifadə etmək mümkündür.
*Bunun üçün bir xiyar rəndələnir və suyu süzülür və ona həmin miqdarda süd əlavə olunur. Qarışım dəriyə gündə 2 dəfə səhər və axşam sürtülür və ilıq su ilə yuyulur.
4. Alma sirkəsi.
Alma sirkəsi sızanaqlarla mübarizədə ən yaxşı müalicə vasitələrindən hesab olunur.  O təbii antibiotikdir və iltihabı proseslərin aradan qalxmasında rolu böyükdür.
*Toksin əlehinə də təsirə malik olan alma sirkəsi pambığa batırılıb sızanaqların üstünə sürtüldükdə sızanaqlar sağalır.
5. Kivi, çiyələk, aloe, portağal və zeytun yağı
Adı çəkilən meyvələrdən hansının mövsümüdürsə blenderdə püre şəklinə salınıb, özü miqdarda zeytun yağı ilə qarışdırılır.
* Dəri təmizləndikdən sonra qarışım göz çevrəsindən başqa dəri nahiyələrinə sürtülür və 20-25 dəqiqə sonra ilıq su ilə yuyulur.

Milli.Az


Etiketlər:  Sızanaqlardan 10 gün ərzində təbii yollarla xilas olmaq istəyirsinizmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ