Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb

Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb

Tarix: 2 Dekabr 2022 11:10

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2522, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az


Etiketlər:  Ötən ay azad olunan ərazilərdə 1126 mina aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ