Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Duz çox yeyənlərdə stress hormonu 70% artır – Bioloqlar

Duz çox yeyənlərdə stress hormonu 70% artır – Bioloqlar

Tarix: 3 Dekabr 2022 07:03

Gündə 6 qramdan çox duz qəbul edən, duzlu qidaları xoşlayan insanlarda stress daha çox olur.

"Medicina" xəbər verir ki, Edinburq universitetinin alimləri siçanlar üzərində eksperiment zamanı duzun siçanlarda stress hormonu kortizolu 75% artırdığını sübut ediblər.

Onlar siçanları 2 qrupa ayırıb, birinə sutkalıq 5 qram, digər qrupa yüksək duz tərkibli qidalar verib.

Bioloqlar müşahidə edib ki, duz yeyənlərdə sakit halda belə stress hormonu yüksək olub.

Real stress, həyəcanlı an zamanı isə duz yeyənlərdə stress ikiqat çox olub.

Alimlər müəyyən edib ki, duz beyində zülal sintezinə cavabdeh genləri çox aktivləşdirir.
Çox insanlar gündəlik duz normasını 10 qrama çatdırıb.

Bu isə arterial təzyiq, insult, damar demensiyası və stresi artırır.
Duzun narahatlıq, təşviş, aqressiyanı da artırdığı sübut olunub.

Milli.Az


Etiketlər:  Duz çox yeyənlərdə stress hormonu 70 artır Bioloqlar


RƏYLƏR