Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 14:05
"Evdə yazılmamış və danışılmamış qayda var. Ailə üzvlərindən heç kim bir-birini sosial şəbəkədə izləmir. Hamının sosial şəbəkə hesabı var, amma biz bir-birimizi izləmirik və şərh yazmırıq, bəyənmirik".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, anasına görə istədiyi paylaşımları edə bilmir:
"İlk dəfədir ki, bu qaydanı anam pozub. Təsadüfən instaqramda hekayəmi izləyib.Deyir ki, mənim hekayələrim çox maraqlıdır. Anacan, indi biz nə edək, +18 paylaşımlar etməyək ki, sən baxıb, izləyirsən? Mağul Cessie Momoanın lüt şəkillərini paylaşırdım. İşə düşdüm də".