Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəqibinə əsəbiləşən oyunçu onun burnunu dişlədi

Rəqibinə əsəbiləşən oyunçu onun burnunu dişlədi

Tarix: 3 Dekabr 2022 17:40

ABŞ-ın Missisipi ştatından olan 51 yaşlı həvəskar qolfçu Mark Uells rəqibinə əsəbiləşib və onun burnunu dişləyib.

Milli.Az bildirir ki, bu barədə ABC News xəbər verir.

Uells gün boyu başqa bir qolfçu ilə mübahisə edib və söyüş söyüb.. Axşam onlar kazinonun yaxınlığındakı dayanacaqda mübahisəni davam ediblər. Uells kişiyə hücum edərək burnunu dişləyib, sonra isə avtomobillə hadisə yerindən qaçıb.

Həmin şəxs daha sonra polisə təslim olub. Uells hücumda ittiham edilib və həbs edilib. Təqsirləndirilən şəxs 50 min dollar girovun 10 faizini ödəyib və həbsxanaya aparıldıqdan bir saat sonra sərbəst buraxılıb. Cinayətdə təqsirli bilinərsə, Uellsi 7 ilə qədər həbs cəzası gözləyir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Rəqibinə əsəbiləşən oyunçu onun burnunu dişlədi


RƏYLƏR