Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu - YENİLƏNİB - VİDEO

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu - YENİLƏNİB - VİDEO

Tarix: 3 Dekabr 2022 21:18

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

İlk 1/4 finalçı Niderland və ABŞ millilərinin duelində bəlli olub.

Qətərdəki mundialda məğlub olmayan hər iki komandadan daha təcrübəli olan "narıncılar" gözlənildiyi kimi qələbə qazanıb. Lüi van Qaalın yetirmələri 3:1 hesabı ilə rəqibini məğlub edərək ilk 1/4 finala çıxan komanda olub.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Argentina Avstraliyanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
3 dekabr
19:00. Niderland - ABŞ - 3:1
Qollar: 
Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dümfrays, 81 - Haci Rayt, 76

20:42

DÇ-2022
1/8 final
3 dekabr
19:00. Niderland - ABŞ - 3:1
Qollar: 
Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dümfrays, 81 - Haci Rayt, 76

19:52

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib.

Oxu.Az xəbər verir ki, matçın 45+1-ci dəqiqəsində Deyli Blind Niderlandın ikinci qolunu vurub.

İlk hissə 2:0 hesabı ilə başa çatıb.

DÇ-2022
1/8 final
3 dekabr
19:00. Niderland - ABŞ - 2:0
Qol: 
Memfis Depay, 10. Deyli Blind, 45+1

19:47

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk 1/4 finalçı Niderland və ABŞ millilərinin duelində bəlli olacaq.

Qətərdəki mundialda məğlub olmayan komandalardan biri  mübarizəni dayandıracaq. A qrupunun qalibi olan Lui van Qalın yetirmələri 2 qələbə və 1 heç-heçə ilə 1/8 finala yüksəlib. Əvvəlki son üç mundialda bir gümüş və bir bürünc qazanan "narıncılar" Qətərə qızıl xəyalı ilə gəldiyini nümayiş etdirməyə çalışacaq.

Yalnız bir matçda qalib gələn amerikalılar 2 heç-heçəyə imza atıb. ABŞ yığması 20 ildən sonra 1/4 finala adlamaq arzusundadır.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Argentina Avstraliyanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
3 dekabr
19:00. Niderland - ABŞ - 1:0
Qol: 
Memfis Depay, 10

Milli.Az


Etiketlər:  Niderland ABŞ a qalib gələrək ilk 14 finalçı oldu YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ