Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 22:03
Çexiya Ukraynanın ehtiyacları üçün bəzi sovet silah sistemləri üçün sursat istehsal etmək niyyətindədir.
Bunu dekabrın 4-də Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.
"Çexiya müəyyən növ sursatlar istehsal etmək gücünə malikdir. Ona görə ki, bir sıra şirkətlər özəlləşdirilsə də bəzi istehsal xətləri olduğu kimi qalır", - deyə nazir izah edib.
Bildirilib ki, Çexiyanın bu təklifi Ukraynada sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi və NATO ölkələrindən kifayət qədər sursat tədarükünün olmaması ilə bağlıdır.