Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 11:51
Naxçıvan Muxtar Respublikasının ləğv olunmuş Gömrük Komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanmasına 20,1 mln manat ayrılması nəzərdə tutulur.
Sonxeber.net bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bidirib ki, avtomobil yolları məqsədli büdcə fondunun xərclərinin 0,5 mln manat, cəm olaraq 20,6 mln manat vəsait Naxçıvan xərclərindən azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərinin də proqnozlaşdırılma zərurəti yaranıb.