Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 13:06
Təbriz zindanının qadınlar bölməsində saxlanılan azərbaycanlı tələbə, fəal Armita Pavirin aclıq aksiyasının 13-cü günündə vəziyyəti kritik hala düşüb. Noyabrın 22-dən aclıq aksiyasına başlayan xanm fəal bununla qeyri-müəyyən şəraitdə saxlanılmasına və hüquqlarının pozulmasına etirazını bildirir.
Sonxeber.net xəbər verir ki, Armitanın ailəsinin Şərqi Azərbaycan Ədalət Məhkəməsinə etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, məhkəmə tələbənin müvəqqəti azadlığa buraxılması üçün zaminliyi qəbul etməkdən imtina edir.
Təbrizin Məəni Universitetinin Molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi olan Armita Pavir oktyabrın 31-də Universitetin qarşısında həbs edilib və indiyədək görüşmək, habelə telefon danışıqları etmək hüququndan məhrum edilib.