Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaq bağçasında faciəvi olay

Uşaq bağçasında faciəvi olay

Tarix: 5 Dekabr 2022 20:46

Rusiyada, Maqadanda uşaq bağçasının damından düşən qar və buz nəticəsində uşaq ölüb.

Milli.Az bildirir ki, bu barədə "Maqadan.FV" Telegram kanalı məlumat yayıb.

"Maqadanda 58 saylı uşaq bağçasının ərazisində uşaq ölüb. Damdan buzlarla qar düşüb", - kanalın açıqlamasında deyilib. Yayımlanan kadrlarda xilasetmə xidmətlərinin işini, qurumun yaxınlığında təcili tibbi yardım maşınının dayandığını görmək olar.

İstintaq Komitəsinin istintaq şöbəsi oğlanın ölümü ilə bağlı məlumatı təsdiqləyib. Hazırda uşağın ölümü ilə bağlı hadisə yerində müstəntiqlər işləyir. "Təxminən səkkiz yaşlı bir oğlan dostları ilə oynayarkən, hasardan uşaq bağşasının ərazisinə keçib. Bağçanın damı hələ qar kütlələrindən və buzlardan təmizlənməmişdi", - deyə MagadanMedia portalı yazıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Uşaq bağçasında faciəvi olay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ