Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

Tarix: 6 Dekabr 2022 07:42

Gənəgərçək yağının artrit səbəbli meyadana gələn ağrıları aradan qaldırdığı tibbi araşdırmalar zamanı öz təsdiqini tapıb. Gənəgərçək yağı iltihab əleyhinə təsir göstərir. Onunla ayaqları massaj eləmək arteriya damarlarında olan iltihabi prosesləri aradan qaldırmaq gücünə sahibdir. İltihabın tədricən aradan qalxması isə artrit səbəbli meydana çıxan ayaq ağrılarını aradan qaldırır.
Artit əlamətlərinin aradan qalxması üçün aşağıdakı vasitədən də istifadə edə bilərsiniz:
1. Pambıq və ya fanel parça götürün və 3-4 qat qatlayın.
2. Su hamanında gənəgərçək yağını qaynar edin.
3. Qatlanmış parçanı yağa batırın.
4. Yağda islanmış parçanı iltihab olan nahiyəyə qoyun.
5. Parçanın üstünü polietilen plyonka ilə bükün.
6. Polietilen paketin hər tərəfinə isti qrelka qoyun və ayağınızın üstünə isti adyallar örtün.
7. 50-60 dəqiqə müddətində ayağınızı bu qaydada saxlayın və yağın soyumasına icazə verməyin.
8. Ayağınızı isti su ilə yuyub qalın corab geyinin.


Etiketlər:  Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ