Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin bu ərazilərdə mitinq keçirilməsini qadağan etdi

Putin bu ərazilərdə mitinq keçirilməsini qadağan etdi

Tarix: 6 Dekabr 2022 08:30

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.

Qanuna əsasən, vağzal, aeroport, təhsil və tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.

İndiyədək Rusiyada Prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.


Etiketlər:  Putin ərazilərdə mitinq keçirilməsini qadağan etdi


RƏYLƏR