Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 11:40
Müğənni Aysun İsmayılova yeni ev aldığını açıqlayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Xəzər axşamı" verilişinə qonaq olarkən danışıb.
O bildirib ki, mənzil 3 otaqdan ibarətdir:
"Bakıda yeni tikili binalardandır, 13-cü mərtəbədədir. İnşallah, bu həftə köçürəm. Evin əşyalarını reklamla doldurmuşam. Bütün cehizlərimi reklama almışam. Bir şeyi pulsuz ala bilirəmsə, niyə ona pul verim? Reklamla edə bilirəmsə, heç vaxt ona pul vermərəm. Üç otağın biri mənim qarderobum, biri qonaq, biri də yataq otağıdır. Ailəliyəm, həyat yoldaşımla (Eşqin Cəlilov - red.) qalacam. Söz-söhbət olanda olur, heç nə olmaz. Min şükür, hər şey yaxşıdır".