Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycana təhdid haradan gəlir-gəlsin, tək Ordu, güc və yumruq olarıq" - FOTO

Tarix: 6 Dekabr 2022 14:48

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimindən görüntülər yayıb.

Milli.Az bildirir ki, təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar təlimləri izləyib.

Azərbaycan Ordusu və Türkiyə SQ-nin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri sözügedən təlimlərdə iştirak edib.

"Birgə təlimlər Türkiyə ilə Azərbaycanın gücünü və qətiyyətini açıq şəkildə göstərdi. Azərbaycana təhdid haradan gəlir-gəlsin, tək Ordu, tək güc və tək yumruq olarıq!", - H.Akar deyib.

Milli.Az


Etiketlər:  Azərbaycana təhdid haradan gəlir gəlsin tək Ordu güc yumruq olarıq FOTO


RƏYLƏR