Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət Xidməti “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə qarşı iş qaldırıb

Dövlət Xidməti “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə qarşı iş qaldırıb

Tarix: 7 Dekabr 2022 10:10

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalar davam etdirilir.

Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb. Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Araşdırmalar nəticəsində "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

Milli.Az


Etiketlər:  Dövlət Xidməti Aztelekom Bakı Telefon Rabitəsinə qarşı qaldırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ